...

Vaşinqtonda dünyanın ən böyük zəfər tağı tikiləcək

Dünya xəbərləri Materials 11 Aprel 2026 08:12 (UTC +04:00)
Vaşinqtonda dünyanın ən böyük zəfər tağı tikiləcək

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trump “Truth Social” hesabında Vaşinqtonda “dünyanın ən böyük və ən gözəl tağı” olacağını söylədiyi zəfər tağının dizaynını təqdim edib.

Trend xəbər verir ki, Amerika lideri bununla bağlı yazıb: “Bu gün mənim administrasiyam dünyanın ən böyük və ən gözəl zəfər tağının tikintisi üçün təqdimatı və planları İncəsənət Komissiyasına rəsmi olaraq təqdim edib”.

Paylaşımda əlavə edilən fotoşəkildə Harrison Design tərəfindən hazırlanmış layihə əks olunub. Dizaynda qızılı elementlərlə bəzədilmiş açıq rəngli daş tağ, yuxarı hissəsində iki böyük metal qartal və “Azadlıq” heykəlini xatırladan qızılı fiqur təsvir edilib.

Xəbər lenti

Xəbər lenti