Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə 6 iyun 2026-cı il tarixində Almaniya Federativ Respublikasının Hamburq şəhərində Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçiriləcək Forumda “Ağıllı Şəhər Texnologiyaları və Prosesləri” (“Smart City Technology and Processes”) mövzusunda müzakirələrin aparılması nəzərdə tutulur.
III Forumun təşkili Almaniyada, eləcə də Avropanın müxtəlif ölkələrində mühəndislik sahələrində çalışan, elmi fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin və gənc alimlərin bir araya gəlməsi, onlar arasında şəbəkələşmənin gücləndirilməsi, həmçinin ölkəmizin müvafiq qurumları ilə elmi-praktik əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Forumda Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndis və mütəxəssislərlə yanaşı, Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin, eləcə də Almaniyanın bir neçə nüfuzlu universitet və tədqiqat mərkəzlərinin təmsilçilərinin iştirakı nəzərdə tutulur.
Avropada yaşayan və forumda iştirak etmək istəyən azərbaycanlı mühəndislər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
