Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Hörmüz boğazından gəmiçiliyin bərpası yollarını müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Baş narinin mətbuat xidməti bildirib.
"Liderlər gəmiçiliyin mümkün qədər tez bərpa edilməsi üçün praktik tədbirlərin görülməsinin vacibliyini müzakirə ediblər", - deyə bildirilib.
Qeyd edilib ki, siyasətçilər razılığa gəliblər ki, "artıq atəşkəsin qüvvədə olduğu və boğazın açılması barədə razılıq əldə edildiyi vaxtda", "həll yolu tapmaqda növbəti mərhələ" gəlib.