...

Həcc ziyarəti üçün kvotanın tamamlanmasına sayılı yerlər qalıb - QMİ

Cəmiyyət Materials 9 Aprel 2026 16:09 (UTC +04:00)
Həcc ziyarəti üçün kvotanın tamamlanmasına sayılı yerlər qalıb - QMİ
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 96 faiz tamamlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, kvota üzrə cəmi 4 faiz boş yer qalıb:

"Müraciət edənlər arasında uşaqlar, eyni zamanda məşhur şəxslər də var. Sənəd qəbulu başa çatdıqdan sonra ətraflı məlumat veriləcək. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir".

Xatırladaq ki, Vüsal Cahangiri daha əvvəl regionda baş verən gərginliyin Həcc ziyarəti üçün müraciətlərə təsir etmədiyini də açıqlamışdı:

"Hazırda regionda baş verən gərginliklərlə bağlı heç bir dəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Qeydiyyat prosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənlər yoxdur, gündəlik müraciətlər qeydə alınır", - deyə o bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti