Bakı. Trend:
İranın Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumları krallığın istehsal gücünü gündə 600 min barel azaldıb.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Energetika Nazirliyi bildirib.
"İranın son hücumları istehsal gücünü gündə 600 min barel azaldıb", - deyə nazirlik rəsmisi bildirib.
O əlavə edib ki, "krallıqdakı bir neçə enerji obyektində əməliyyatlar dayandırılıb" və "[İranın] hücumları davam edərsə, bu, təchizat çatışmazlığına və istehsalın bərpasında ciddi gecikməyə səbəb olacaq".
