...

Bakıda Mixail Qusmanın "Hakimiyyət formulu və digərləri haqqında" adlı yaradıcılıq gecəsi keçirilib (FOTO)

Siyasət Materials 9 Aprel 2026 15:50 (UTC +04:00)
Bakıda Mixail Qusmanın "Hakimiyyət formulu və digərləri haqqında" adlı yaradıcılıq gecəsi keçirilib (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda beynəlxalq jurnalist, “Hakimiyyət formulu” televiziya layihəsinin müəllifi və aparıcısı Mixail Qusmanın yaradıcılıq gecəsi keçirilib.

Trend xəbər verir ki, görüş zamanı M. Qusman peşəkar təcrübəsini bölüşərək qeyd edib ki, “Hakimiyyət formulu” proqramı 2025-ci ilin yanvar ayında 25 illik yubileyini qeyd edib.

Onun sözlərinə görə, bu qədər uzun müddət fasiləsiz efirdə qalan layihələrin sayı elə də çox deyil.

Tədbir auditoriya ilə açıq dialoq formatında keçirilib, auditoriyadan suallar cavablandırılıb, müzakirələr aparılıb.

Tədbirin təşkilatçısı “Fusion Club community pro business” olub. Görüşün açılışını telejurnalist, “Fusion Events” şirkətinin baş icraçı direktoru və ICF sertifikatlı kouç Gülnarə Məmmədova edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti