Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin mart ayında 1,6 milyon tondan çox yük daşıyıb.
Trend xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb.
Hesabat dövründə tranzit yükdaşımalarında da artım qeydə alınıb. Belə ki, ötən ay 690 min tondan çox tranzit yük daşınıb ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 21 faiz çoxdur.
