Bakı. Trend:
Aprelin 9-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb.
Trend bu barədə SOCAR-a istinadən xəbər verir.
Görüşdə SOCAR ilə “ITOCHU” arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
Söhbət zamanı enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən kəşfiyyat, hasilat və neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarına, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
