Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri döyüşlərin başlanmasından bəri Livanda "Hizbullah" hərəkatına yönəlmiş ən güclü zərbələr dalğasını başa çatdırıb. 10 dəqiqə ərzində 100 hədəfə vurulub.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
IDF-in məlumatına əsasən, Beyrut, Bəqaa vadisi və Livanın cənubunda vurulan hədəflər arasında "Hizbullah"ın komanda mərkəzləri və başqa hərbi infrastruktur obyektləri, o cümlədən İsrail hərbçilərinə və mülki əhalisinə qarşı hücumların planlaşdırılması üçün istifadə olunan ofislər, təşkilatın raket və dəniz qüvvələrinə məxsus infrastruktur; həmçinin terror qruplaşmasının elit Radvan qüvvələri və hava bölməsinə aid obyektlər olub.
“Bu, "Roaring Lion" əməliyyatının başlanmasından bəri "Hizbullah"ın infrastrukturuna qarşı həyata keçirilən ən böyük hücumdur”, – deyə hərbi qurum qeyd edib.
