Bakı. Trend:
Mart ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı edilən müraciətlərin sayı açıqlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, 2026-cı ilin mart ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 38 müraciət daxil olub:
"Müraciət edənlərin 8-i kişi, 29-u qadın, 1-i isə uşaq olub. Kişi müraciətləri ilə bağlı qeyd etmək istərdik ki, daxil olan 8 müraciətin hər biri uşaqların anaları tərəfindən psixoloji və iqtisadi zorakılığa məruz qalma halları ilə bağlıdır. Bu müraciətlərin heç biri fiziki zorakılıqla əlaqəli olmayıb; əsasən uşaqlarla bağlı ünsiyyət problemləri və digər məsələləri əhatə edib.
Komitəyə kişilər tərəfindən fiziki zorakılıqla bağlı müraciət daxil olmayıb.
Ümumilikdə, daxil olan 38 müraciətin 34-ü fiziki, 2-si psixoloji, 2-si isə iqtisadi zorakılıq halları ilə bağlı olub. Mart ayı ərzində Dövlət Komitəsinə cinsi zorakılıqla bağlı müraciət daxil olmayıb".
O qeyd edib ki, bütün müraciətlər nəzarətə götürülüb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yönləndirilib.
