...

İsrail Hizbullaha zərbələri davam etdirəcək - Netanyahu

Dünya xəbərləri Materials 9 Aprel 2026 14:37 (UTC +04:00)
İsrail Hizbullaha zərbələri davam etdirəcək - Netanyahu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail harda olurlarsa olsun Hizbullaha zərbələri davam etdirəcək .

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin (IDF) Hizbullah lideri Nəim Qasimin katibi Əli Yusuf Hərşinin zərərsizləşdirməsi xəbərinə münasibət bildirərkən deyib.

“Bizim mesajımız açıq-aydındır. İsrail vətəndaşlarına qarşı addım atan istənilən şəxs hədəfə alınacaq. Biz ölkənin şimalında yaşayan sakinlərin tam təhlükəsizliyi təmin olunana qədər Hizbullaha lazım bildiyimiz yerdə zərbələri davam etdirəcəyik”,- Netanyahu “X” səhifəsində bildirib.

Xatırladaq ki, bundan əvvəl IDF Livanın cənubunda həyata keçirdiyi əməliyyatlardan görüntülər yaymışdı. Ötən gecə aparılan əməliyyatlarda bir sıra silah-sursat anbarları, Hizbullah qərargahı, raket buraxılış nöqtələri və başqa obyektlər hədəfə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti