...

"Uzbekneftqaz" və SOCAR əməkdaşlıq perspektivlərini müzakirə ediblər

İqtisadiyyat Materials 9 Aprel 2026 17:01 (UTC +04:00)
"Uzbekneftqaz" və SOCAR əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Kamol Ismailov
Kamol Ismailov
Bütün xəbərlər

Bakı.Trend:

“Uzbekneftqaz” Səhmdar Cəmiyyəti və Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub. Müzakirələrdə əsas diqqət birgə layihələrin reallaşdırılmasına yönəldilib.

Trend bu barədə “Uzbekneftqaz” SC-ə istinadən xəbər verir.

Müvafiq məsələlər “Uzbekneftqgaz” SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov ilə SOCAR-ın vitse-prezidenti Arzu Cavadova arasında keçirilən görüşdə nəzərdən keçirilib.

Tərəflər qeyd ediblər ki, öncəki görüşdən etibarən əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir və mühüm nəticələr əldə olunub. Xüsusilə, birgə fəaliyyət haqqında saziş imzalanıb, həmçinin onun həyata keçirilməsi üçün bütün zəruri korporativ təsdiqlər alınıb.

Danışıqların yekunlarına əsasən, tərəflər tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və mövcud layihələr çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Xatırladaq ki, 2024-cü ilin avqust ayında “Uzbekneftqaz” və SOCAR karbohidrogen sənayesində əməkdaşlıq barədə saziş imzalayıblar. Bu sənədlə geoloji tədqiqatlara, o cümlədən seysmik kəşfiyyata və Üstyurt yaylasında karbohidrogen hasilatına hazırlıq işlərinə start verilib.

Bundan əlavə, 24 iyul 2025-ci il tarixində tərəflər məhsulun pay bölgüsü (PSA) haqqında saziş bağlayıblar. Bu saziş yaxın 25 il ərzində Özbəkistanın daxili neft tələbatının tam təmin olunmasını nəzərdə tutur. Hasil edilən qaz da ölkənin daxili bazarına yönəldiləcək və sənayeni əlçatan və keyfiyyətli neft məhsulları ilə təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti