...

Türkiyədə daha 14 məşhur narkotiklərlə bağlı saxlanılıb

Dünya xəbərləri Materials 9 Aprel 2026 10:50 (UTC +04:00)
Türkiyədə daha 14 məşhur narkotiklərlə bağlı saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə məşhurlara qarşı “istifadə məqsədilə narkotik və ya psixotrop maddə satın almaq, qəbul etmək və ya saxlamaq, yaxud narkotik və ya psixotrop maddə istifadə etmək”, həmçinin “narkotik və ya psixotrop maddə təmin etmək” cinayətləri üzrə aparılan istintaq çərçivəsində daha 14 şoubiznes nümayəndəsi saxlanılıb.

Trend NTV telekanalına istinadən xəbər verir ki, saxlanılma qərarı verilən şəxslər arasında Hafsanur Sancaktutan, müğənni Emir Can İğrek, Somer Sivrioğlu, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Sinem Özenç Ünsal, Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz və başqa məşhurlar yer alır.

Baş Prokurorluq tərəfindən verilən açıqlamada bildirilib ki, bundan başqa iki şübhəlinin axtarışı davam edir, bir şübhəlinin isə xaricdə olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti