Bakı. Trend:
Türkiyədə məşhurlarla bağlı narkotiklərə qarşı istintinaq çərçivəsində daha bir məşhur müğənni – Yusuf Güney saxlanılıb.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, pop ifaçısı insanları narkotik vasitələrdən istifadəyə təşviq etməkdə şübhəli bililir.
Rəqəmsal platformada yayımlanan bir proqramda qonaq olan və tərkibində qadağan olunmuş maddə olan Ahayuska çayını təbliğ edən açıqlamalar verən Yusuf Güney polis əməkdaşları tərəfindən saxlanılaraq İstanbul polis idarəsinə aparılıb.
Qeyd olunur ki, müğənninin təbliğ etdiyi xüsusi içkinin (xüsusi çayın) tərkibində olan DMT maddəsi 2313 saylı Qanuna əsasən qadağan olunmuş maddələr siyahısına daxildir.
Ayahuska çayı Cənubi Amerikanın Amazon bölgəsində istifadə olunan, psixoaktiv təsirə malik ənənəvi bitki qarışığıdır. Əsasən yerli tayfalar tərəfindən dini və şaman ayinlərində istifadə olunur və güclü hallüsinasiyalara səbəb olur.
