Bakı.Trend:
Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması elektron qaydada həyata keçiriləcək.
Trend-in məlumatına görə, qeydiyyat Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən icra ediləcək.
Belə ki, Daxili İşlər Nazirliyi 2026-cı ilin iyunun 1-dək xidmətin rəqəmsallaşdırılmasının mümkün mərhələlərini müəyyən etməlidir.
Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2026-cı il iyulun 29-dək müəyyən edilmiş mərhələləri RİNN tövsiyyəsi nəzərə alınmaqla rəqəmsallaşdırmalıdır.
Xidmətin “mygov” platformasında istifadəyə verilməsi bu ilin noyabrın 30-dək həyata keçirilməlidir.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib.
