...

Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri müzakirə edildi

Siyasət Materials 8 Aprel 2026 21:07 (UTC +04:00)
Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri müzakirə edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

8 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.

XİN-dən Trend-ə bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti