...

İraqın Bağdad şəhərində mərmi partlayıb, ölənlər var

Dünya xəbərləri Materials 8 Aprel 2026 03:15 (UTC +04:00)

Bakı. Trend:

Bağdadın qərb kənarında yerləşən Əl-Əmiriyyə məhəlləsində baş verən partlayış nəticəsində iki mülki şəxs həlak olub.

Trend-in məlumatına görə, bu barədə İraqın Xarici İşlər Nazirliyi xəbər verib.

Bildirilib ki, Əl-Əmiriyyədə yaşayış evinə aviasiya mərmisi düşüb, iki nəfər həlak olub Eyni ərazidə, Fələstin küçəsində, "başqa bir sursat yaşayış binasına dəyib". Hələlik xəsarət alanlar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti