...

Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyini gücləndirməyə hazırlaşır

İqtisadiyyat Materials 7 Aprel 2026 10:05 (UTC +04:00)
Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyini gücləndirməyə hazırlaşır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yol Xəritəsinə əsasən, bu il MMC-lərin nizamnamə kapitalı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi planlaşdırılır. Bundan başqa, xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi və Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları tərəfindən rəsmi sənədlərin leqallaşdırılması üçün “Konsul leqallaşdırılması informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” normativ hüquqi akt layihəsinin hazırlanması, leqallaşdırılmış sənədlərin tərcüməsinin “Elektron notariat” informasiya sistemi üzərindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsinin hazırlanması və bu məqsədlə proqram təminatının yaradılması gözlənilir. Həmçinin kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində iştirak edən qurumların məlumat bazalarının əlaqələndirilməsi istiqamətində işlərin aparılması da planlaşdırılır.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.

Yol Xəritəsi ilə ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti