Bakı. Trend:
Milli Məclisin aprelin 10-da keçiriləcək iclasının gündəliyi açıqlanıb.
Trend xəbər verir ki, gündəliyə aşağıdakı məsələlər daxil edilib:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası
Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və
dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
3. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və
“Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji
xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
8. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa
qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və
qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil
haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).
