...

Biznes kreditlərinin bölgüsü: Banklar daha çox hansı sahibkarlara üstünlük verir?

İqtisadiyyat Materials 6 Aprel 2026 14:24 (UTC +04:00)
Biznes kreditlərinin bölgüsü: Banklar daha çox hansı sahibkarlara üstünlük verir?
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanda bankların kredit portfelinin strukturunda biznes kreditlәri 53,3% (16,058 milyard manat) paya malik olub.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 109,1 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrünə nisbətən isə 1,3 milyard manat və yaxud 8,7% çoxdur.

Hesabat dövründə biznes kreditlərinin strukturunda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,389 milyard manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən 42,3 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrünə nisbətən isə 57,1 milyon manat və ya 0,7% artım deməkdir.

Eyni zamanda bu ilin martın 1-nə ölkədə orta sahibkarlıq subyektlərinə 2,270 milyard manat kredit verilib. Bu, bir ay əvvələ nisbətən 24,7 milyon manat və ya 1,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 322,4 milyon manat və ya 16,5% çoxdur.

Həmçinin 2026-cı ilin martın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,722 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 26,6 milyon manat və ya 1,6%, illik müqayisədə isə 232,9 milyon manat və ya 15,6% artım deməkdir.

Bundan başqa, bu ilin martın 1-nə ölkədə mikro sahibkarlıq subyektlərinə 3,677 milyard manat biznes kreditləri verilib. Bu isə əvvəlki ayla müqayisədə 15,5 milyon manat və ya 0,4%, illik müqayisədə isə 668,6 milyon manat və yaxud da 22,2% çoxdur.

Qeyd edək ki, 2026-cı ilin martın 1-nə Azərbaycanda bankların kredit portfeli 30,119 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,3% (16,058 milyard manat), istehlak kreditlәri 31,4% (9,467 milyard manat) vә ipoteka kreditlәri 15,3 % (4,593 milyard manat) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti