Tbilisi. Trend:
O (Prezident İlham Əliyev – red.) Gürcüstanın dəyərli dostudur və Azərbaycan Prezidentinin buraya səfəri hər zaman bizim üçün böyük şərəfdir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
Baş nazir qeyd edib: “Biz fürsətdən istifadı edərək ikitərəfli münasibətlərimizi və regiondakı prosesləri müzakirə etdik”.
