Bakı.Trend:
İntensiv yağışlar nəticəsində Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.
Trend xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr İdarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında deyib.
FHN əməkdaşı qeyd edib ki, Bakının bir sıra rayonlarında, Sumqayıt şəhərində, Abşeron və Xızı rayonu ərazisində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri həyata keçirilir.
“Xızı rayonunda bəzi ərazilərdən vətəndaşlar təxliyyə olunur. Bu tədbirlər gecə saatlarında davam etdirilir və digər təhlükəsizlik tədbirləri görülür”,- o əlavə edib.
