...

İsrail müdafiə naziri SEPAH kəşfiyyat xidmətinin rəhbərinin öldürüldüyünü təsdiqləyib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 6 Aprel 2026 12:41 (UTC +04:00)
İsrail müdafiə naziri SEPAH kəşfiyyat xidmətinin rəhbərinin öldürüldüyünü təsdiqləyib (YENİLƏNİB)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəhbəri, ordu generalı Məcid Xademinin Tehrana səhər saatlarında endirilən hava zərbələrindən biri nəticəsində öldürüldüyünü təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) Baş Qərargah Rəisi general-leytenant Eyal Zamirlə keçirdiyi iclasda bu barədə məlumatlandırılıb.

“İranın rəhbərləri təqib hissi ilə yaşayır. Biz onları bir-bir ovlamağa davam edəcəyik,”-deyə Katz bildirib.

xxx

11:42

Bu gün səhər saatlarında ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəhbəri, ordu generalı Məcid Xademi ölüb.

Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, o uzun illər SEPAH-ın kəşfiyyat xidmətində fəaliyyət göstərib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti