Bakı. Trend:
Bu ilin fevral ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 120,5 milyon manat (208,3 min əməliyyat) daxil olub.
Bu haqda Trend Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Məlumata görə, ötən ilin fevral ayı ilə müqayisədə əməliyyatların sayı 46,3 min və ya 18,2% azalıb, daxil olan vəsaitlərin həcmi isə 8,7 milyon manat və ya 7,8% artıb.
Hesabat dövründə bir köçürmənin orta məbləği 578,4 manat təşkil edib ki, bu da 2025-ci ilin fevral ayı ilə müqayisədə 139,3 manat və ya 31,7% çoxdur.
Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə bank sistemləri və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 min karta çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artıb.
