...

ADY-dən qatarların hərəkəti ilə bağlı açıqlama

Cəmiyyət Materials 6 Aprel 2026 08:34 (UTC +04:00)
ADY-dən qatarların hərəkəti ilə bağlı açıqlama
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qeyri-sabit hava şəraitinə baxmayaraq, ölkə ərazisində qatarların hərəkəti davam etdirilir.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qurumdan bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir.

“Bununla belə, təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi sahələrdə sürət həddinin endirilməs tətbiq olunur. Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları mümkündür”.

xxx

08:29

Xırdalandan Bakı istiqamətində hərəkət edən qatarlarda gecikmə müşahidə olunur.

Bu barədə Trend-ə sərnişinlər məlumat veriblər.

Bildirilib ki, qatar 15 dəqiqədən artıqdır gecikir.

Xəbər lenti

Xəbər lenti