...

Quba-Qusar və ətraf çaylarda sel hadisələri baş verib

Cəmiyyət Materials 5 Aprel 2026 19:24 (UTC +04:00)
Quba-Qusar və ətraf çaylarda sel hadisələri baş verib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 5-də bölgədə yağan intensiv xarakterli yağışlar nəticəsində Quba-Qusar rayonları ərazisindən axan çaylarda sululuq artıb, bəzi çaylarda isə sel müşahidə olunub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Monitorinqlərin nəticələrinə görə, Vəlvələçayda suyun səviyyəsi 97 sm, Qusarçayda 73 sm, Qudiyalçayda 22 sm, Qaraçayda isə 13 sm artıb. Sel hadisələri Quba rayonundan axan Quruçay, Ağçay, Qudiyalçay, Vəlvələçay və Karivats çaylarında, Qusar rayonunda Qusarçay, Hilçay, Yasabçay, Mucuqçay, Ləçətçay, Sudurçay və Gündüzqalaçayda, Siyəzən rayonunda Ataçay və Gilgilçayda, Şabran şəhəri ərazisində Dəvəçiçayda, Xaçmaz rayonunda isə Ağçay, Caqacuqçay və Qaraçayda qeydə alınıb.

Hazırda sel davam edir və vəziyyət tam nəzarətdə saxlanılır. Monitorinqlər davam etdirilir, əhalinin təhlükəsizliyi üçün müvafiq tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti