...

Britaniyada lotereya qalibi 10,6 milyon funt uduşu götürmədiyi üçün itirib

Dünya xəbərləri Materials 4 Aprel 2026 06:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada lotereya qalibi ona düşən 10,6 milyon funt-sterlinq (təxminən 14 milyon dollar) məbləğində uduşu vaxtında götürmədiyi üçün bu hüquqdan məhrum olub.

Trend "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə milli lotereyanın operatoru olan "Allwyn" şirkəti məlumat yayıb.

Şirkətin baş məsləhətçisi bildirib ki, London yaxınlığındakı Beksli bölgəsindən olan qalibi tapmaq üçün geniş axtarışlar aparılsa da, nəticə əldə olunmayıb: “Təsdiq edə bilərəm ki, bilet sahibi uduşunu götürmək üçün müraciət etmədi və təəssüf ki, həyatını kökündən dəyişə biləcək bu böyük məbləği itirdi”.

Qeyd edək ki, sözügedən uduş ötən il oktyabrın 4-də keçirilmiş tirajda oynanılıb. Qanunvericiliyə əsasən, qalibin pulu tələb etmək üçün 180 gün vaxtı var idi. Bu müddət başa çatdığından vəsait qaydalara uyğun olaraq xeyriyyə məqsədlərinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti