Bakı. Trend:
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Trend xəbər verir ki, bu ada "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş layiq görülüb.
Portuqaliyalı oyunçu ötən ay çempionat çərçivəsində oynadığı dörd oyunda iki qol vurmaqla yanaşı, dörd məhsuldar ötürmənin müəllifi olub.
Qeyd edək ki, təcrübəli pleymeyker cari mövsüm ərzində çempionatda 28 oyunda iştirak edib, aktivinə 8 qol və 16 məhsuldar ötürmə yazdırıb.
