...

Nizami Kino Mərkəzinin rənglənməsi vandalizmdir - Əliməmməd Nuriyev

Cəmiyyət Materials 3 Aprel 2026 16:14 (UTC +04:00)
Nizami Kino Mərkəzinin rənglənməsi vandalizmdir - Əliməmməd Nuriyev
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Nizami Kino Mərkəzinin bir qrup gənc tərəfindən rənglənməsinin mahiyyətinə baxsaq, bunu vandalizm kimi qiymətləndirmək olar.

Bunu Trend-ə açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, tarix və mədəniyyət abidələrinə münasibətin bu formada ifadə olunması açıq şəkildə vandalizm aktıdır:

“Eyni zamanda bu, şəhərimizin gözəlliyinə qarşı bir təcavüzdür. Bakı şəhəri gündən-günə daha da gözəlləşir. Şəhərin gözəlləşdirilməsi bir tərəfdən memarların, arxitektorların, tikinti şirkətlərinin və dizaynerlərin işidirsə, digər tərəfdən onu qoruyub saxlamaq şəhər sakinlərinin məsuliyyətidir. Belə hallara qətiyyən yol verilməməlidir. Təəssüf ki, bəzi hallarda bu cür hadisələrin baş verməsi bizim laqeydliyimizdən qaynaqlanır. Çünki bəzən gözümüzün qarşısında baş verən hadisələrə qarşı münasibət bildirilmir, etiraz edilmir. Bu baxımdan məsələ artıq ümumi ictimai məsuliyyət xarakteri daşıyır”.

Hüquqşunas qeyd edib ki, bu şəxslərin gənclərin, xüsusilə də yeniyetmələrin bu cür hadisələrdə iştirak etməsi ailədaxili tərbiyə və təlim məsələlərində müəyyən problemlərin mövcud olduğunu da göstərir:

“Bununla yanaşı, məktəblərdə də bu məsələlərə diqqət yetirilməsi olduqca vacibdir. Düşünürəm ki, biz hər şeydən əvvəl öz tariximizi, milli-mədəni irsimizi təbliğ etməliyik. Bu iş ailədən başlamalı, uşaqlarımıza bu dəyərlərə hörmət ruhu aşılanmalıdır. Əgər biz uşaqlarımıza bu dəyərlərin əhəmiyyətini göstərə bilsək, şübhəsiz ki, gələcək nəsil də onları daha yüksək qiymətləndirəcək və qoruyacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti