Bakı.Trend:
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135R Stratotanker” yanacaqdaşıyan təyyarəsi Təl-Əvivdən havaya qalxdıqdan sonra dəniz üzərində qəza siqnalı verib.
Trend xəbər verir ki, bu barədə hava nəqliyyatının real vaxt monitorinqini aparan “FlightRadar24” xidmətinin məlumatlarında qeyd olunur.
Xidmətin məlumatına görə, yanacaqdaşıyan təyyarə dəniz istiqamətində yüksələrək quruya doğru dönməyə başlayıb. Lakin daha sonra yenidən dəniz istiqamətinə dönüb və enişə başlayıb. Təxminən bir saat sonra “Boeing KC-135R Stratotanker” Təl-Əvivə uğurla eniş edib.
İnsidentin səbəbləri barədə hələlik rəsmi məlumat yoxdur.
