...

Azərbaycan və Hindistan arasında ikitərəfli münasibətlər müzakirə edilib

Siyasət Materials 3 Aprel 2026 15:39 (UTC +04:00)
Azərbaycan və Hindistan arasında ikitərəfli münasibətlər müzakirə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Yaxın Şərqdə mövcud gərginlik barədə fikir mübadiləsi aparıblar. Regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyi qeyd edilib. Bununla yanaşı, Hindistan vətəndaşlarının İrandan təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan və Hindistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Hindistan tərəfdən isə Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corc rəhbərlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti