Bakı. Trend:
Aprel ayının birinci ongünlüyündə ölkə ərazisində hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və
Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək arabir
yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın
intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından
başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı
olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı
şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi,
bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusən də
Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel
keçəcəyi gözlənilir.
Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si
gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdən
yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.
