...

Braziliya millisinin üzvü "Atletiko"ya keçməyə yaxındır

İdman Materials 2 Aprel 2026 20:39 (UTC +04:00)
Braziliya millisinin üzvü "Atletiko"ya keçməyə yaxındır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Atalanta"nın yarımmüdafiəçisi Ederson karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, "Atalanta" braziliyalı futbolçunu transfer etmək istəyir. Madrid nəhəngi Edersonla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında danışıqlar davam edir. Keçidin yayda 35-40 milyon avroya rəsmiləşmək ehtinalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, "Atalanta" Edersonu 2022-ci ilin yayında "Salernitana"dan 23 milyon avroya transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti