...

Nizami kinoteatrındakı qraffiti hər kəsi narahat etməlidir - Cəsarət Hüseynzadə

Cəmiyyət Materials 3 Aprel 2026 16:11 (UTC +04:00)
Nizami kinoteatrındakı qraffiti hər kəsi narahat etməlidir - Cəsarət Hüseynzadə
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bildiyiniz kimi, Nizami Kino Teatrının divarlarında bir neçə gənc tərəfindən qraffiti şüarlarının yazılması hadisəsi baş verib. Bu hadisə hər bir vətəndaşı narahat etməlidir.

Trend xəbər verir ki, bunu İnformasiya və Sosial Təşəbbüsləri Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, eyni zamanda ictimaiyyət nümayəndələri də bu vəziyyətdən ciddi narahatlıq ifadə ediblər:

"Əslində, bu hadisənin səbəblərini də araşdırmaq vacibdir. Qeyd etmək lazımdır ki, bu şəxslər gənclərdir və onların arasında xanımlar və qızlar da mövcuddur. Bu, mənim fikrimcə, ailə dəyərlərinin təbliğinin və gənc nəslin tərbiyəsinin vacibliyini bir daha göstərir. Gənc ailələrdə, xüsusilə yeni nəsilin formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir.

Hadisənin şəhərimizə nəticəsinə baxdıqda görürük ki, ilk növbədə şəhərin estetik görünüşü zədələnib. Halbuki illər boyu şəhərin estetik inkişafına yüzlərlə insan öz töhfəsini verib. Eyni zamanda ölkəmizin böyük maliyyə vəsaiti şəhərlərin inkişafına və abadlaşdırılmasına sərf olunur.

Bu cür hadisələr ayrılmış maliyyənin səmərəliliyinə də mənfi təsir göstərə bilər. Əgər bu vəsait hər bir vətəndaşın əziyyəti hesabına formalaşırsa, hər bir vətəndaş onun qorunmasına yönəlmiş mövqeyini bildirməli, səsini çıxarmalı və mübarizə aparmalıdır.

Bəzən qeyd edilir ki, qraffiti nümunələri Avropanın bəzi şəhərlərində də mövcuddur. Düzdür, belə nümunələr var. Lakin müqayisə aparsaq: həmin şəhərlərlə Bakı şəhərini qarşılaşdırdıqda fərq açıq görünür.
Bəzi şəhərlər estetik baxımdan artıq çirkli, hətta bəzən zibilliyi xatırladan görüntü yaradır. Amma Bakı daha təmiz, səliqəli, beynəlxalq standartlara uyğun və yüksək estetik görünüşə malik bir şəhərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti