...

Tramp administrasiyasında əlavə dəyişikliklər etməyi düşünür

Dünya xəbərləri Materials 3 Aprel 2026 05:31 (UTC +04:00)
Tramp administrasiyasında əlavə dəyişikliklər etməyi düşünür

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Vaşinqton administrasiyasının əsas əməkdaşları arasında əlavə kadr dəyişiklikləri etməyi düşünür.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti xəbər verib.

Məlumata əsasən, D.Tramp, xüsusilə ticarət naziri Hovard Lutnik və əmək naziri Lori Çavez-Derimerin işindən narazılığını bildirib.

Nəşrin mənbələrinə görə, ABŞ prezidenti "Latnik və Çaves-Derimerdən narazılığını və məyusluğunu ifadə edib <...> və kabinetində əlavə dəyişikliklərin mümkünlüyünü nəzərdən keçirir". "O, çox qəzəblidir və kadr dəyişiklikləri etmək niyyətindədir", - deyə mənbələrdən biri qeyd edib.

Nəşr əlavə edib ki, D.Tramp hələ Latnik və ya Çavez-Derimerin vəzifədən azad edilməsi ilə bağlı qərar verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti