Bakı. Trend:
Bu gün səhər saatlarında rayonun Kortala kəndi ərazisində “VAZ-21011” markalı avtomobilin idarəetmədən çıxaraq aşması ilə nəticələnən qəza qeydə alınıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində avtomobilin sürücüsü 27 yaşlı Nurlan Xəmmədov və sərnişini, 17 yaşlı Cavid Xəmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
