Bakı. Trend:
Bu ilin mart ayında Azərbaycan istifadəçilərinin “YouTube” sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 4,57 faiz bəndi artaraq, 28,69 faiz təşkil edib.
Trend bu barədə “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir.
Bu göstəriciyə görə, ikinci yerdə “Facebook” dayanır. Hesabat ayında bu platformanın payı aylıq ifadədə 11,03 faiz bəndi azalaraq, 26,32 faizə bərabər olub.
Siyahıda üçüncü yerdə 19,01 faizlə “İnstagram” gəlir (əvvəlki ayla müqayisədə 2,28 faiz bəndi çox).
Siyahıda dördüncü yerdə “Pinterest” sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 0,88 faiz bəndi azalaraq, 8,69 faiz təşkil edib.
“X” media platforması 7,77 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində 2,56 faiz bəndi çox).
Reytinqdə altıncı yeri 4,4 faiz göstərici ilə “Linkedin” tutub (əvəlki ayla müqayisədə 2,92 faiz çox).
Digər sosial şəbəkələrin payı 5,12 faiz təşkil edib.
