...

Masallıda faciə: baba və nəvə yanğında həyatını itirib (FOTO)

Hadisə Materials 1 Aprel 2026 15:22 (UTC +04:00)
Masallıda faciə: baba və nəvə yanğında həyatını itirib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Masallı rayonu Qızılağac kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində baba və nəvə həyatını itirib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən bir birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində bir-birinə bitişik taxta konstruksiyalardan ibarət ümumi sahəsi 50kv.m. olan birmərtəbəli birotaqlı evin və ümumi sahəsi 75kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1967-ci il təvəllüdlü Abdullayev Cəmallədin Həsənağa oğlunun və 2024-ci il təvəllüdlü Məmmədzadə Məhərrəm Mehman oğlunun meyiti aşkar edilib.

Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti