Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) flaqman aviaşirkəti hesab olunan "Emirates Hava Yolları" İran vətəndaşlarının ölkəyə girişini və tranzit keçidini qadağan etdiyini açıqlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Emirates Hava Yolları"nın rəsmi saytında bu barədə xəbərdarlıq yayımlanıb.
Qərar dərhal qüvvəyə minib və bu, etibarlı BƏƏ yaşayış vizası olanlar da daxil olmaqla bütün İran vətəndaşlarına aiddir. Beləliklə, həmin şəxslərin Dubay Beynəlxalq Hava Limanına girişi və tranzit keçidi qadağan olunub.
Digər tərəfdən, BƏƏ-nin rəsmi qurumları tərəfindən aviaşirkətin İran vətəndaşlarının ölkəyə girişini qadağan etməsi barədə rəsmi açıqlama verilməyib.
