...

ABŞ səfirliyi vətəndaşlarını xəbərdar edib – Bağdada hücumlar gözlənilir

Dünya xəbərləri Materials 2 Aprel 2026 10:32 (UTC +04:00)
ABŞ səfirliyi vətəndaşlarını xəbərdar edib – Bağdada hücumlar gözlənilir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İraqdakı səfirliyi Bağdadda növbəti 24–48 saat ərzində döyüşçülər tərəfindən hücumların gözlənilməsi ilə bağlı xəbərdarlıq edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bəyanatda potensial hədəflər kimi “ABŞ vətəndaşları, şirkətlər, universitetlər, diplomatik obyektlər, enerji infrastrukturu, hotellər, hava limanları və ABŞ ilə əlaqəli hesab edilən digər məkanlar, eləcə də İraq institutları və mülki hədəflər” göstərilib.

Səfirlik qeyd edib ki, iki gün əvvəl Bağdadda amerikalı jurnalistin oğurlanması ilə bağlı məlumatlardan sonra esktrimistlər amerikalıları hədəfə alıblar.

“ABŞ vətəndaşları dərhal İraqı tərk etməlidirlər”, – deyə səfirlik xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti