Bakı. Trend:
Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev öz administrasiyasına yeni şöbə müdiri təyin edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Meyirjan Bayğunusov Qazaxıstan Prezident Administrasiyasının İnvestisiyalar və ticarət şöbəsinin müdiri təyin olunub.
Bundan əvvəl bu vəzifəni Nurlan Baybazarov tuturdu. O, martın 25-də prezidentin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
