...

Gürcüstan 100-dən çox əcnəbini deportasiya edib - Azərbaycan vətəndaşları da var

Dünya xəbərləri Materials 1 Aprel 2026 11:14 (UTC +04:00)
Gürcüstan 100-dən çox əcnəbini deportasiya edib - Azərbaycan vətəndaşları da var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin miqrasiya departamentinin əməkdaşları son bir neçə gün ərzində 103 xarici vətəndaşı deportasiya ediblər, onların arasında Azərbaycan vətəndaşları da olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilir.

Gürcüstandan deportasiya edilən əcnəbilər - Azərbaycan, Banqladeş, Bolqarıstan, Qana, Misir, Hindistan, Qazaxıstan, Çin, Nigeriya, Pakistan, Rusiya, Tacikistan, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları olub.

Nazirliyin məlumatına görə, cari ilin birinci rübündə Gürcüstandan 904 qanunsuz miqrant çıxarılıb, mart ayında isə bu rəqəm 360 nəfər təşkil edib.

Qeyd edək ki, Gürcüstanda 2025-ci ildən etibarən qanunsuz miqrantlara qarşı mübarizə gücləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti