Bakı.Trend:
Bakıda iki ölkənin dövlət qurumları və işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə Azərbaycan-Tacikistan biznes-forumu keçirilir.
Trend xəbər verir ki, forum çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, investisiya imkanları, sənaye kooperasiyası, eləcə də Azərbaycan və Tacikistan sahibkarları arasında əlaqələrin inkişafı müzakirə olunacaq.
Tədbir iştirakçılarına Tacikistanın investisiya potensialına dair təqdimatlar nümayiş etdiriləcək, həmçinin iki ölkənin biznes nümayəndələri arasında B2B görüşlər təşkil olunacaq.
Forumun proqramında Azərbaycan və Tacikistan şirkətləri arasında ikitərəfli sazişin imzalanma mərasimi də nəzərdə tutulub.
Xəbər yenilənəcək
