“Samsung” mühüm bazarda liderliyini itirib

Telekommunikasiya Materials 22 May 2026 06:14 (UTC +04:00)
“Samsung” mühüm bazarda liderliyini itirib

Bakı. Trend:

Cənubi Koreyanın “Samsung” korporasiyası artıq dünyanın lider televizor istehsalçısı deyil.

Trend-in məlumatına görə, bu barədə “Counterpoint Research” (CR) şirkətinin hesabatında bildirilir.

Bu IT nəhəngi uzun müddət televizor bazarında mübahisəsiz lider olub. Lakin CR-in noyabr hesabatında “Samsung”un bazar payının 17 faiz, əsas rəqibi olan Çinin “TCL” şirkətinin payının isə 16 faiz olduğu göstərilib. Analitiklər 2025-ci ilin dekabr ayının nəticələrinə əsasən “TCL”in “Samsung”u geridə qoyduğunu təsdiqləyiblər.

“TCL”in bazar payı 16 faiz olub. “Samsung” isə 13 faizlə ikinci yerə düşüb. Sonrakı yerlərdə müvafiq olaraq 12, 8 və 5 faiz payla “Hisense”, “LG” və “Walmart” qərarlaşıb.

“Bir neçə aydır “TCL” bazardakı mövqeyini gücləndirir. İlin sonundakı kəskin artım şirkətə dekabr ayında “Samsung”u geridə qoymağa imkan verdi. Bu, cəmi bir ayın nəticəsi olsa da, “TCL”in tədarük həcmi illik müqayisədə davamlı artım göstərir”, – deyə CR-in tədqiqatlar üzrə direktoru Bob O'Brayen bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti