Bakı. Trend:
ABŞ "Hizbullah" təşkilatı ilə əlaqəli bir qrup Livan siyasətçisinə və təhlükəsizlik rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" televiziya kanalına ABŞ Dövlət Departamentdəki mənbə bildirib.
"Məhdudiyyətlərə məruz qalanlar Hizbullahın tərksilah edilməsi səylərinə mane olur və Livan dövlətinin ziyanına hərəkət edirlər", - deyə mənbə qeyd edib. Onun sözlərinə görə, sanksiyalar səkkiz Livan vətəndaşına və bir İran diplomatına şamil olunur.
Onların arasında millət vəkilləri Həsən Fədlallah, İbrahim əl-Musəvi, Hüseyn Hac Həsən və keçmiş nazir Məhəmməd Fneyş var.