Şəhid Rəşadət Piriyev dəfn olunub (FOTO)

Cəmiyyət Materials 22 May 2026 14:02 (UTC +04:00)
Şəhid Rəşadət Piriyev dəfn olunub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Rəşadət Piriyev dəfn olunub.

Trend-in yerli müxbirinin xəbərinə görə, şəhidlə keçirilən vida mərasimindən sonra o, Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimi N saylı hərbi hissənin hərbi orkestrinin müşayiəti ilə təşkil edilib. Şəhidin xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılıb.

Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Şəhidin tabutunun üzərindəki Azərbaycan bayrağı qardaşına təqdim olunub.

Qeyd edək ki, Rəşadət Piriyev 1992-ci ildən 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunda xidmət edib. O, Laçın, Ağdam və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Rəşadət Piriyev 1994-cü ilin fevral ayında Kəlbəcərin Qızılqaya istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. 2025-ci ildə döyüş yoldaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində onun nəşi şəhid olduğu ərazidə aşkarlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti