Bakı. Trend:
Mərakeşin Fes şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə “Hespress” şəhərin tibb rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, daha altı nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, daha əvvəl Fesin tarixi məhəlləsində yaşayış binasının uçması nəticəsində doqquz nəfərin öldüyü bildirilmişdi.
Mərakeş Milli, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin sözçüsü Ədib Benibrahim bildirib ki, bina qanunsuz tikinti səbəbindən çöküb.