ABŞ Polşaya 5 min əsgər göndərəcək

Dünya xəbərləri Materials 22 May 2026 01:07 (UTC +04:00)
ABŞ Polşaya 5 min əsgər göndərəcək

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Polşaya əlavə 5 min Amerika əsgəri göndərmək qərarını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə D. Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Polşa Prezidenti Karol Navrotski ilə əla münasibətlərimi nəzərə alaraq (...), ABŞ-ın Polşaya əlavə 5000 əsgər göndərəcəyini məmnuniyyətlə elan edirəm", - deyə o bildirib.

ABŞ prezidenti detalları açıqlamayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti