Bakı. Trend:
İsveç Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Trend xəbər verir ki, İsveç Kralının təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".
