Bakı. Trend:
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Trend xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı – 28 May Müstəqillik Günü münasibətilə
Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq
duyur,
dost Azərbaycan xalqına yeni-yeni uğurlar və firavanlıq
arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri daha da artırmaq niyyətimizi xüsusi vurğulayıram.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
